44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Pərviz Tağıyevin ailəsi ilə görüş keçirilib

44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Pərviz Tağıyevin ailəsi ilə görüş keçirilib

İkinci Qarabağ savaşı dediyimiz Vətən müharibəsindən sonra Azərbaycandakı Şəhid xiyabanları yenidən sıralandı, çiçəklər də, ömürlər də, yaşlar da təzələndi. Bu sıralarda Mingəçevirin son şəhidi 7 ay 10 gündən   sonra nəşi  ailəsinə təhvil veriən  Pərviz  Hafiz oğlu Tağıyevdə  dəfn olundu.
Düşmən qarşısında inamla dayanıb, Vətənimizi, torpaqlarımızı qoruyarkən şəhid olan Pərvizin valideyinləri ilə görüşdük. Bu xəbərdən təkcə ailə deyil, bütün şəhər sarsılmışdı. Hamı onun tapılması üçün qurban deyir, nəzir edirdi. Gənc olmasına baxmayaraq ailəsinə, valideynlərinə və hər kəsə gözəl davranışına, sağlam xarakterinə görə Pərviz böyük hörmətə layiq idi, hər kəs xətrini çox istəyirdi. Pərviz  Suqovuşanın və Talış kəndinin azadlığı uğrunda qəhrəmanlıqla döyüşüb şəhid olmuşdu. Biz  ailəni ziyarətə gedəndə bunun bir daha şahidi olduq .  Anası  Gültəkin xanımın, atası Hafiz kişinin göz yaşları bulaq kimi qaynasa da, neyniyək, təki Vətən yaşasın, Vətən sağ olsun, deyirlər.  Ataların beli bükülsə də, anaların ürəyi yansa da, göz yaşları qaynayıb içinə axır, sağlam dayanır  qara dərdin qarşısında, cavan gəlinlər qaralar bağlasa da: "Övladımız atasız böyüyər, Vətənsiz böyüməz" dedilər.
Bizimlə birlikdə ailədə olan ŞİHB aparatının Vətən müharibəsi iştirakçıları və  şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı, ehtiyatda olan zabit ehtiyatda olan zabit, polkovnik leytenant     Seymur Hidayətov ailəyə başsağlığı verir , şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılovun da adından  şəhidin ailəsinə başsaglığı verib, ailəsinə və qohumlarına səbrlər diləyib.  Deyir ki,   "müharibədə  gənclərimizin necə bir vətənpərvər oğullar olduğunun şahidi olub. İndi belə oğullarımızın sayəsində  Qarabağımızda bayrağımız  qürurla dalğalanır”.
Pərviz  sağlğında həmişə deyərdi : "Sən sağ olasan, Vətən! ,Vətən sağ olsun ". Pərvizin atası Hafiz Tağıyev  bizimlə söhbətində  belə deyir: ”  Adi ölüm olsaydı, bu bir ata üçün çox çətin və əzablı olardı. Oğlum Vətən uğrunda şəhid oldu. Özü qürurlu bir gənc idi. Həmişə deyərdi ki,biz oğular vətən üçün sipər doğulmuşuq, şəhid olsam ağlamayın”.
Hafiz ata  min əziyyətlərlə böyütdüyü oğluna, nə böyük arzular bəsləmişdi. Lakin şəhid atası olduğu üçün mətinliyi, vətənpərvərliyi bu hisslərin hamısına qalib gəlir. Başını dik tutub, göz yaşlarını ovundurmağa çalışırdı. Onu dindirdikcə  həzin bir səslə pıçıldayır: "Onlarla belə oğul fəda edərəm Vətən uğrunda, təki Vətən sağ olsun”.
   Gənc övladını torpağa tapşıran, heç bir təsəlli ilə ovunmayan Gültəkin ana  "Vətən sağ olsun”, - deyir,  Pərviz mənim həm oğlum, həm də qızım kimi idi. Hər bir dərdimiz ortaq idi. İstədiyi qız da vardı. Fədakar qoçaq bir övlad idi. Həmişə deyirdi ki,şəhid olmaq istəyirəm amma qoruxuram anam buna dözməyə.  onun əsgər yoldaşlarından təskinlik tapıram.  Onlar Pərvizin cəbhədə göstərdiyi igidliklərdən danışanda yenidən Pərvizimi  gözlərimin önündə canlandırıram. Döyüşlərin ilk günündən  ən ağır əməliyyatlarda iştirak etmişdi. Düşmən artıq Pərvizin izinə düşmüşdü. Yoldaşları deyir ki,Pərviz erməniyə güllə atmağa aman vermirdi. Mənimlə telefonda danışanda da yüksək əhval-ruhiyyədə olurdu. Ona özündən muğayat olmağı tapşırırdım, narahat olma, deyirdi, bir də ki, alnıma nə yazılıbsa, o da olacaq. Pərviz idmançı idi,çox cəld, çevik uşaqdı.  Oğlumla sonuncu dəfə  danışdım, ondan sonra əlaqəmiz olmadı. Pərivz Aprel  döyüşlərində də iştirak edib. İki-üç gün mühasirədə qalsalarda yenə düşmənə qalib gəlmişdilər.Pərvizlə bağlı arzularım çox idi.Nə deyim”.
   Çoxlu arzuları vardı. Hərbi xidmət sahəsində daha böyük hədəfləri vardı. Bu sözləri bizimlə söhbətində Pərvizin ana yarısı olan xalası Qeys xanım Muxtarova  deyir:” Qanlı bir  müharibədə gənclərimiz  bir anda arzuları ilə birgə əbədiyyət yolçusu oldular. Pərviz bir ailənin oğlu idi, bir Vətənin fəxri oldu. Ölümü qorxu ilə deyil, məğrurcasına qarşıladı.
Bütün qohumların,qonşuların sevgisini qazanmışdı.7 ay bunlarla birgə ağladıq,yol gözlədik,hamımız Pərvizin sağ olduğuna ümid edirdik. Çünki biz bilirdik ki,Pərviz düşmənə can verən oğul deyildi.İnana bilmədik sona qədər onun ölümünə.O qədər qürurlu ,o qədər nurlu bir övlad idi ki...İndi deyirəm ki,biz bilməmişik bu uşaq imam övladı imiş.Ona görə də getdi əbədiyyətə qovuşdu.Balamız bir evin oğlu kimi getdi,amm bir elin oğlu kimi qayıtdı.Mən onun haqqında yüksəkdən nəsə deyə bilmirəm .Amma özüm düşündüyüm kimi, -deyir içimi yandırır ağı ,bayatı,sən yaman sevirdin ,yaman həyatı.
Mən Pərviz haqqında böyük bir kompozisiya  da yazmışam nə vaxtsa qismət olarsa bizim bu kompzisiya da işıqlanar.Həmin kompozisiyadan iki kəlmə  ana oğul səhnəsindən söyləmək istərdim.- Of yandı bağrım başı,odlandı bağrım başı,ölənəcən qurumaz ay ellər, gözümün yaşı.. Şəhid balamız isə deyir.- Alışma yanma ana,mən vətən qurbanıyam ölməmişəm şəhidəm,dillərin dastanıyam.
Doğurdan da bizim Pərviz dillərin dastanıdır.Azacıq təsəllini onla tapırıq yoxsa biz bu həyata Pərvizsiz sarıla bilmərik.Yəni Pərviz tək valideyinləri üçün yox bütün nəsil üçün əziz idi.Böyük bir xalq üçün baş ucalığıdır Pərviz”.
Qeyd edək ki,7 ildən artıq hərbi hissədə qulluq edən Azərbaycan Ordusunun əsgəri olan Pərviz Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycanın Silahlı Qüvvələri  tərəfindən  Ermənistian işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsi zamanı Suqovuşanın azad olunması uğrunda  savaşıb. Pərviz Tağıyev sentyabrın 27-də  Suqovuşan döyüşləri  zamanı şəhid olub.
Onun nəşi 7 ay 10 gün  tapıla bilməyib. Müdafiyə Nazirliyi  tərəfindən rəsmi olaraq itgin düşən hərbi qulluqçu hesab olunub. 2021-ci il mayın 5-də nəşi tapılıb və  şəhid Pərviz Tağıyevin       Azərbaycan bayrağına bükülmüş tabutu Mingəçevir Şəhidlər Xiyabanına gətirilib. Hərbi orkestrin ifasında Dövlət Himni səsləndirilib, əsgərlər yaylım atəşi açıblar. Bundan sonra şəhid torpağa tapşırılıb, tabuta bükülmüş bayraq isə əbədi saxlanmaq üçün ailəsinə təhvil verilib. Qeyd edək ki,44 günlük Vətən Müharibəsində Mingəçevir 51 şəhid verib.
Pərviz Tağıyev 1990 il martın 22-də Mingəçevir şəhərində anadan olub.
Pərviz Hafiz  oğlu Tağıyev  ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "Suqovuşanın  azad olunmasına görə" və "Cəsur döyüşçü”" medalları ilə təltif olunmuşdur.  Pərviz sonsuzadək ürəklərdə yaşayacaqdır!

Xəbər lenti